NASA Yerə bənzər planet aşkar edib – fotolar

Beynəlxalq elm adamlarından ibarət “Pale Red Dot” heyəti uzun araşdırmalar nəticəsində etdiyi kəşfini ictimaiyyətə açıqlayıb.
Elm adamlarının şərhində, yeni planetin Yerə bənzədiyi və Günəşdən çox daha kiçik və soyuq olan “qırmızı cücə ulduz” adı verilən “Proxima Centauri”nin orbitində olduğu bildirilib.
Beynəlxalq astronomlar, “Proxima Centauri” orbitində olduğu üçün “Proxima b” adı verilən yeni planetin, kainatda Yerə ən yaxın ekzoplanet olduğunu vurğulayır.
Çilidəki “La Silla” rəsədxanasında həssas spektrometrdən istifadə edilərək kəşf edilən planet Yerin 1,3 qatı böyüklüyündədir və dünyadan 1,2 işıq ili uzaqlıqda yerləşir.
Elm adamları heyətində yer alan “Carnegie Elm Təşkilatı”ndan Paul Butler, mövzuyla əlaqədar açıqlama verib. P.Butler qeyd edib ki, bu kəşf 30 illik bir araşdırma nəticəsində reallaşıb.
Qeyd edək ki, böyük əks-səda doğuran kəşf haqda dolğun məlumat bu gün “Nature” jurnalında nəşr olunacaq.

57be0e83c03c102f10ded9e5

57be0e83c03c102f10ded9e7