Hacı Natiqin ev dustaqlığı müddəti artırıldı

Bu gün Səbail Rayon Məhkəməsində Natiq Kərimovla bağlı məhkəmə prosesi keçirilib. Prosesdə istintaq orqanı tərəfindən N.Kərimov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin yenidən uzadılması barədə verilən təqdimata baxılıb.
Bu barədə N.Kərimov özü məlumat verib. Onun sözlərinə görə, məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib və N.Kərimov barəsində seçilmiş ev dustaqlığının müddəti 4 ay artırılıb.

 

MƏNBƏAzadlıq qəzeti
Əvvəlki məqaləVladimir Putin avqustun 8-də Bakıya səfər edəcək
Növbəti məqalədəBu gün dövlət istiqrazları üzrə hərrac keçirilib