Hakan Şükürün villasında axtarış aparılıb

Bu gün Türkiyədə sabiq millət vəkili və futbolçu Hakan Şükürün Kocaelinin Kandıra qəsəbəsindəki villasında jandarma tərəfindən axtarış aparılıb.
Sakarya Cümhuriyyət Prokurorluğunun barəsində həbs qərarı verdiyi Hakan Şükürün Sakarya Sülh Cəza Məhkəməsinin qərarı ilə müsadirə edilən villasında həyata keçirilən axtarış istənilən nəticə ilə yekunlaşmayıb.
Axtarışın nəticəsi barədə heç bir açıqlama verilməsə də, ilkin əldə edilən məlumatlara görə kimliyi bəlli olmayan şəxslər tərəfindən villada yüzlərlə sənəd yandırılıb. Məhv edilən sənədləri toplayan pois araşdırmalara davam edir.