İki erməni Azərbaycana casusluq ittihamı ilə həbs olunub

Çərşənbə günü Yerevanda məhkəmə Azərbaycanın kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda ittiham olunan üç müttəhimdən birinə bəraət verib. Digər ikisi təqsirli bilinib.
news.am-ın məlumatına görə, Rafik Papoyan və Karine Qumaşyan dövlətə xəyanətdə təqsirli biliniblər və 14 və 12 il müddətinə həbs olunublar. Rafik Papoyanın oğlu Sergey Papoyan təqsirsiz bilinib və azad edilib.
İstintaq materiallarına əsasən, Rafik Papoyan Türkiyədə Azərbaycan xüsusi xidmətlərinin nümayəndəsi tərəfindən cəlb olunub. Papoyan Ermənistandan Türkiyəyə gələnlər arasından şəxsləri seçir və casusluq fəaliyyətinə cəlb edirdi.
O, oğlu Sergeyi də bu işə cəlb edib, o, atasının israrı ilə Tbilisidə Azərbaycan xüsusi xidmətlərinin özünü Seyran kimi təqdim edən nümayəndəsi ilə görüşüb və hərbi xarakterli məlumatların ona verib, belə ki, Qarabağın Martuninski (Xocavənd) rayonunda kəşfiyyatçı idi.
Bunun müqabilində o, 750 dollar alıb və Matagisdə (Qarabağın Mardakert rayonu) hərbi hissələrdən birinə müqavilə ilə işə girmək tapşırığı alıb.
Karine Qumaşyan 2013-cü ildə Azərbaycan xüsusi xidmətlərinin özünü Arman kimi təqdim edən əməkdaşı tərəfindən cəlb olunub. 1500 Amerika dolları alan Qumaşyan konspirasiya metodu ilə məlumat ötürmək tapşırığı alıb. Məhz hansı məlumatlardan söhbət getdiyi açıqlanmır.
Qeyd edək ki, məhkəmə zamanı təqsirləndirilən şəxslər təqsirlərini etiraf etməyiblər.