70 il əvvəl avropalı qaçqınlar Yaxın Şərqdəki düşərgələrə yerləşib – fotolar

İkinci dünya müharibəsinin qızğın vaxtlarında MERRA (Middle East Relief and Refugee Administration) Suriya, Misir və Fələstində Avropadan olan qaçqınların yerləşdirilməsi üçün düşərgələr təşkil etmişdi.
MERRA dünya ərazisində şəbəkələşmiş qaçqın düşərgələrinin fəaliyyət göstərməsi üçün hökumətlərlə, yerli və xarici yardım təşkilatlarla qarşılıqlı əməkdaşlıq edən bir təşkilat idi. Sosial rifahın əldə edilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatı, Qızıl Xaç, Yaxın Şərq Fondu, Uşaqların Qorunması Fondu da MERRA-ya qaçqın düşərgələrinin fəaliyyəti ilə bağlı köməklik edirdi.
Sonralar Millətlər Birliyi də adı Çəkilən təşkilatların siyahısına qoşuldu. Bu yazımızda isə 2-ci Dünya müharibəsi vaxtı qaçqın düşərgələrində çəkilmiş bəzi fotoların yenidən rəngləndirilmiş variantlarını təqdim edirik.
1 may 1945. Məcburi köçkünlər Tangermunde-də Elbe çayı üzərində rusların yaxınlaşması ilə almanlar tərəfindən partladılmış körpüdən keçərkən.
wr-1
Foto: Henry Burroughs-AP / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
26 Sentyabr, 1945. Berlində “Lehrter Strasse” müvəqqəti qaçqın düşərgəsində rəsmləri çəkilmiş alman qaçqınlar.
wr-2
Foto: Fred Ramage – Keystone / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
Mart, 1945. Almanyada qaçqın düşərgəsi.
wr-3
Foto: Fred Ramage-Keystone / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
14 dekabr, 1945. Polşanın Lodz şəhərindən Berlinə gedən 150 Polşalıdan sağ qalan bir neçə nəfər. Onlar ümid edirlər ki, Britanya hərbi qatarı bu dəmiryolundan keçərkən onları da götürəcək.
150 polşalı
Foto: J. Carroll-AP / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
2 Yanvar, 1945. Belçikanın La Gleize şəhərində bir qrup qaçqın. Belçika-Lüksemburq ərazisinə soxulan almanların amerikanlar tərəfindən çıxarılmasından sonra müharibədən dağılmış şəhərdən öz evlərinə qaytarılmaqlarını gözləyirlər.
la glieze
Foto: Fred Ramage-Keystone / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
10 Avqust, 1944. Almanların Amerikanlar tərəfindən məğlubiyyətə uğradılmasından sonra öz dogma şəhərləri St. Poisə qayıdan Fransız qaçqınlar yolda dincəlirlər.
st. pois
Foto: AP / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
1940-cı il. Parisin Alman işğalı ərəfəsində sakinlərin şəhərdən qaçması.
paris 1940
Foto: FPG / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
1944–45-ci illərdə Şərqi Almanya. (tarix və yer dəqiq bilinmir)
alman reich 44-45
Foto: AP / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
Yanvar, 1945. Belçika sakinləri yaxınlaşmaqda olan Alman ordusundan qaçarkən öz əşyalarını da götürüblər.
belçikalı
Foto: Allan Jackson-AP / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
1940-cı ildə Fransa yolunda bir-birinə kömək olan belçikalı qaçqın ailəsi.
belcika1940
Foto: Three Lions / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
18 may 1945-ci ildə Lixtenşteynə keçmək üçün tikanlı məftillərin arxasında gözləyən qaçqın izdihamı. Onlar bu sərhədi keçmək üçün sərhəd işçiləri tərəfindən hərtərəfli yoxlanmalı idilər.
lixtenshtein
Foto: bilinmir / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
7 Avqust 1944-cu ildə Fransanın Roncey əyalətində öz velosipedinə bağlanmış iplə uşaq arabasını dartan kişi.
ronce france
Foto: Fred Ramage-Keystone / “TİME” üçün rəngləndirən: Sanna Dullaway
31 may, 1944. Portuqal gəmisi Serpa Pintoda bir qrup qaçqın. Onlar Alman dənizaltı gəmisi tərəfindən tutulmuş və gəmini batırmaq qərarı verilmişdir. Alman zabitlərinə gəmini batırmamaq üçün əmr gəldikdən sonra isə gəmi azad buraxılmışdır.

 

 

portugal 44
Foto: AP / “TİME” üçün rəngləndirən: Sanna Dullaway

Tərcümə: Orxan