İlkin Rüstəmzadə daha bir doğum gününü həbsxanada keçirir

İlkin Rüstəmzadə
2 avqust nidaçı vicdan məhbusu İlkin Rüstəmzadənin doğum günüdür. O, artıq 4-cü ildir ki doğum gününü həbsxanada keçirir. Onun 24 yaşı tamam olur.
İ.Rüstəmzadə 1992-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə həmin şəhərdə 20 nömrəli məktəbdə, daha sonra Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə təhsil alıb. 2009-cu ildə orta məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinə daxil olub.
İlkin 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının Facebook elanlarının idarəçisi kimi sosial şəbəkələrdə tanınıb. (ardı aşağıda)

ilkin rüstəmzadə

2013-cü il may ayının 17-də Rüstəmzadəyə qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi (221.2.1 və 221.2.2) və 28.1. (Cinayətə hazırlıq), 220.1(Kütləvi iğtişaş)maddələri ilə ittiham irəli sürülüb. Belə ki, o “Harlem Shake” videoçarxını hazırlamaqda və Youtube-da yaymaqda ittiham olunur. İstintaq bunu xuliqanlıq kimi qiymətləndirib. 
6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində İlkin Rüstəmzadə və onunla birgə həbs olunan gənclərə hökm oxunub və Rüstəmzadə haqqında 8 il azadlıqdan məhrum etmə qərarı çıxarılıb. Vicdan məhbusu bütün ittihamları rədd edir və həbsinin siyasi olduğunu bildirir. 
Beynəlxalq Amnistiya Təşkilatı İlkin Rüstəmzadəni “vicdan məhbusu” kimi tanıyıb.