İmişlidə zəlzələ olub

Bu gün İmişli rayonu ərazisində növbəti dəfə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:12-də Beyləqandan 33 km şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb.
Dərinliyi 27 km, maqnitudası 3.0 olan zəlzələ hiss olunmayıb.