İran Azərbaycana yeni səfir təyin edib

İran Xarici İşlər Nazirliyi Cavad Cahangirzadəni Azərbaycana yeni səfir təyin edib.
İran Prezidenti Həsən Ruhani dünən ölkənin yeni təyin olunmuş yeddi səfiri, o cümlədən Cavad Cahangirzadə ilə görüş keçirib.
Səfirin ölkəmizdə vəzifəsinin icrasına bir neçə həftə ərizində başlayacağı bildirilir.
Qeyd edək ki, Cahangirzadə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub.