İran və Səudiyyə Ərəbistanı neft hasilatını maksimuma çatdırıb

Photo: Tomohiro Ohsumi/Bloomberg
Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı, yay aylarında artan daxili tələbatı ödəmək üçün, iyul ayında gündəlik 10.67 milyon barrel ilə rekord miqdarda neft hasil edib. Bloomberg yazır ki, məlumat hələ ictimaiyyətə açıqlanmayıb.
Bu hasilat həcmi ölkənin 2015-ci ilin iyun ayında rekord hasilatından yüksəkdir. Xəbərin ardınca neftin qiyməti aşağı düşməyə başlayıb. ABŞ xam nefti 1.2 faiz düşərək 42.27 dolları, Brent nefti isə 1,4 düşərək 44,37 dolları görüb.
Orta Şərqdəki enerjiyə tələbat, ev və ofislərdə kondisionerlərin intensiv istifadəsi səbəbi ilə iyul və avqust aylarında yüksəlir. ekspertlərin rəyinə görə Səudiyyə Ərəbistanı 2016-ci ildə gündəlik hasilatını 10.5 milyon barrelə çatdırmağı planlaşdırmışdı. (ardı aşağıda)

neft4

İran da hasilatı maksimum həddə çıxarıb
Hazırda İranın neft ixracı gündəlik 2,5 mln. barel təşkil edir. Bu isə neft bazarında İranın payının sanksiyadan əvvəlki səviyyəyə qayıtması deməkdir.
Bu barədə İranın I vitse-prezidenti Eşaq Cahangiri bildirib: “Gündəlik neft ixracı 2,5 mln. barelədək artıb. İran neft hasilatını artıra və bazardakı payına bərpa edə bilib”.
O qeyd edib ki, neftin qiymətinin düşməsi ilə bir sıra neft hasil edən ölkələr, xüsusilə də Fars körfəzi ölkələri böyük problemlərlə üzləşib: “Buna baxmayaraq, effektiv idarəetmə nəticəsində İranda iqtisadi stabillik hökm sürür”.
Qeyd edək ki, Qərbin İrana qarşı sanksiyaları bu ilin yanvar ayında qaldırılıb. Hazırda İran gündəlik təxminən 3,8 mln. barel neft hasil edir.