İstanbul polisi HDP binasında reyd keçirib

İstanbul Polis İdarəsi Xalqların Demokratik Partiyasının (HDP) İstanbuldakı binasında reyd keçirib. Fərqli rayonlarda əvvəlcədən müəyyən edilmiş ünvanlarda da reydlərin keçirildiyi bildirilir.
Anadolu xəbər agentliyi İstanbul Polis Departamentinə bağlı Terrorla Mübarizə Şöbəsinin əməliyyat zamanı 17 nəfəri saxladığını bildirib.
Saxlanılan şəxslər Haseki xəstəxənasında yoxlamadan keçdikdən sonra İstanbul Polis Departamentinə aparılıblar. Polis HDP İstanbul Rayon Təşkilatının binasında da reyd keçirib.
HDP İstanbul Təşkilatının paylaşdığı Twitter mesajında polisin qapını qıraraq içəri girdiyi bildirilir və polisin “hüquqi olmayan hərəkətləri” qınanır.
Doğan xəbər agentliyi bu əməliyyatın İstanbul Polis Departamentinin polis konvoyu tərəfindən həyata keçirildiyi bildirilir.
PKK partlayışları
Kürd Fəhlə Partiyası (PKK) üsyançıları çərşənbə günü əsasən kürdlərin yaşadığı Türkiyənin cənub-şərqində polis avtomobillərində iki partlayış həyata keçiriblər. Partlayışlar nəticəsində ən azı səkkiz nəfər ölüb və yaralananlar var.
Kiziltepe şəhərindəki partlayışda üç nəfər həlak olub, 25 nəfərinsə yaralandığı bildirilir. Diyarbakırda avtomobildə partlayış nəticəsində isə ən azı beş nəfər ölüb, 12 nəfər yaralanıb.
Türkiyə ilə PKK arasında atəşkəs keçən ilin iyul ayında pozulub. Son müsahibəsində PKK komandiri Cemil Bayik bildirmişdi ki, Türkiyəyə qarşı “yeni tərz müharibə aparılır”.