İstanbulda “Demokratiya və Şəhidlər” mitinqi başladı – fotolar

İyul ayının 15-i Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdinə etiraz olaraq bu gün İstanbulda 3 siyasi partiyanın iştirakı ilə “Demokratiya və Şəhidlər” mitinqi keçirilir. Mitinq Bakı vaxtı ilə 18:00-da başlasa da iştirakçılar səhər saatlarından “Yenikapı” meydanını doldurmağa başlayıblar. Mitinqdə Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Silahlı qüvvələri baş qərargahının rəisi Hulusi Akar, AKP sədri və baş nazir Binali Yıldırım, CHP sədri Kemal Kılıçdarolu, MHP sədri Devlet Bahçeli, keçmiş prezident Abdullah Gül iştirak edirlər. Parlamentdə təmsil olunan digər müxalifət partiyası olan HDP-nin həmsədrləri isə mitinqə dəvət edilməkləri üçün iştirak etməyəcəklərini bildirmişdilər.
“Demokratiya və Şəhidlər” mitinqində çəkilmiş  maraqlı fotoları təqdim edirik.