İtaliyada zəlzələdə ölənlərin sayı 247-yə çatıb

İtaliyanın mərkəzində baş verən zəlzələdə ölənlərin sayı 247-yə çatıb.
Bundan əvvəl 159 nəfərin öldüyü, 368 nəfərin yaralandığı açıqlanmışdı. Xeyli sayda insan itkin düşüb.
Xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, avqustun 24-ü gecə saatlarında İtaliyanın mərkəzi hissəsində 6.1 bal gücündə zəlzələ baş verib.
Daha sonra eyni ərazidə 5,4 və 4,0 bal gücündə yeni yeraltı təkanlar qeydə alınıb.