İtaliyada zəlzələdə ölənlərin sayı 290-a çatıb

İtaliyanın mərkəzində baş verən zəlzələdə ölənlərin sayı 290-a çatıb.
Bu gün xilasedicilər dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxarıblar.
Qeyd edək ki, bundan əvvəl 281 nəfərin öldüyü, 368 nəfərin yaralandığı açıqlanmışdı.
Xatırladaq ki, avqustun 24-ü gecə saatlarında İtaliyanın mərkəzi hissəsində 6.1 bal gücündə zəlzələ baş verib.
Daha sonra eyni ərazidə 5,4 və 4,0 bal gücündə yeni yeraltı təkanlar qeydə alınıb.