İtaliyanın mərkəzində növbəti zəlzələ baş verib

İtaliyanın mərkəzində 4,0 bal gücündə növbəti zəlzələ baş verib.
Yeraltı təkanların episentri paytaxt Romadan 100 km şimal-şərqdə, mərkəzi 2 km dərinlikdə yerləşib.
Qeyd edək ki, gün ərzində daha əvvəl eyni ərazidə 6,0 və 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verdiyimiz kimi son rəsmi məlumatlara görə, bugünkü təbii fəlakət nəticəsində 159 nəfər ölüb.
Axtarış və xilasetmə əməliyyatları davam etdirilir.