İyul ayında ərzaq məhsulları bahalanıb

İyulda Bakıda Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 1,4% bahalanıb.
Beləliklə, 3 ay davam edən azalmadan sonra qiymətlər yenidən artıb. İyunda 1,04%, mayda 2,8%, apreldə 2,85% azalma olmuşdu. Ucuzlaşma kənd təsərrüfatı məhsulları mövsümü ilə bağlıdır.
Qiymət artımına idxaldan asılı məhsullar təsir edib: mal əti (+6,6%), qoyun əti (+6,2%), toyuq içalatı (+3,3%), qarğıdalı yağı (+6,7%), yumurta (+30%), qarabaşaq (+4,3%), ciyər (5%), qənd, kərə yağı, düyü, makaron bahalanıb. Mövsümi məhsullar: soğan (-16,7%), xiyar (-14,2%), pomidor (-35%), kələm (-37%) ucuzlaşıb.
Mövsümi məhsulların azalması və devalvasiya ilə bağlı qiymətlərin daha da artması gözlənilir.
Məhsulun adı
01.07.16 tarixə olan qiymətlər
01.08.16 tarixə olan qiymətlər
Dəyişiklik (%-lə)
Mal əti
7.50
8.0
+ 0.50
Qoyun əti
8.0
8.50
+ 0.50
Toyuq əti
2.95
3.0
+ 0.05
Toyuq iç-çalatı
2.90
3.0
+ 0.10
Ağ balıq
35.0
35.0
0
Kərə yağı
8.90
9.0
+0.10
Qarğıdalı yağı (1l)
3.0
3.20
+ 0.20
Marqarin yağı
4.80
4.80
0
Yumurta (10 əd.)
1.0
1.30
+ 0.30
Şəkər tozu
1.10
1.14
+ 0.04
Şəkər
1.40
1.45
+ 0.05
Duz
0.35
0.35
0
Un (1-ci növ)
0.45
0.48
+0.03
Vermeşil
0.80
0.84
+0.04
Qarabaşaq
2.30
2.40
+ 0.10
Makaron
0.80
0.84
+ 0.04
Düyü (uzun)
2.39
2.43
+0.04
Süd (1l)
1.10
1.10
0
Xama (100q)
0.45
0.45
0
Qatıq (250q)
1.25
1.25
0
Pendir
5.0
5.0
0
Peçenye yerli
2.0
2.10
+ 0.10
Kartof
0.50
0.50
0
Soğan
0.60
0.50
–  0.10
Xiyar
0.70
0.60
– 0.10
Pomidor
0.70
0.45
– 0.25
Kələm
0.80
0.50
– 0.30
Alma
1.0
1.0
0
Göyərti (bir dəstə)
0.20
0.20
0
97.94
99.38
+ 1.44  %1.4