Joe Biden: “ABŞ Güleni müdafiə etməyəcək ”

“ABŞ-ın Güleni müdafiə etməsi üçün hər hansı səbəbi yoxdur, onun ekstradisiyası ilə bağlı materiallar toplanır və son qərarı məhkəmələr verəcək”.
Bu sözləri ABŞ vitse-prezidenti Joe Biden Türkiyə prezidenti Recep Tayyip Erdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Joe Biden bildirib ki, ABŞ Türkiyənin daimi müttəfiqi olaraq qalır və bu məsələyə görə iki ölkə arasında olan sıx münasibətlərin pozulması mümkün deyil: “Türkiyəyə xüsusi bir qrup mütəxəssislər gətirmişik. Hazırda mövzu ilə bağlı dəlil-sübutlar toplanılır. ABŞ-da ekstradisiya ilə bağlı qərarı prezident və yaxud hər hansı şəxs deyil, yalnız məhkəmə verə bilər. Bizim Fetullah Güleni müdafiə etmək kimi düşüncəmiz yoxdur”.
Konfransın gedişində bu gün səhər saatlarında Türkiyə ordusunun Suriyaya daxil olması ilə bağlı danışan ABŞ vitse-prezidenti, keçirilən hərbi əməliyyatları dəstəklədiklərini qeyd edib.