Kabildə universitetə hücum edən silahlılar öldürülüb (Yenilənib)

Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlıların Amerika universitetinə hücumu zamanı ən azı 12 nəfər ölüb, 44-ü yaralanıb.
Kabil polisinin rəsmi nümayəndəsi Əbdülrəhman Rəhimi jurnalistlərə açıqlaması zamanı bildirib ki, xəstəxanaya yerləşdirilən bir neçə yaralının vəziyyəti kritikliyini qoruyur.
Qeyd edək ki, Amerika universitetinə hücumu təşkil edən iki silahlı polis tərəfindən zərərsizləşdirilib.

 

***

06.43
Əfqanıstanın paytaxtı Kabildə polis Amerika universitetinə hücum edən iki silahlını zərərsizləşdirib.
Kabil polisinin açıqlamasına görə, on saatdan artıq davam edən əməliyyatın detalları haqda məlumat verilmir.
Rəsmi bəyanatlara əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Qeyri-rəsmi mənbələrdə isə 2 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, dünən axşam saatlarında Kabilin Darul Aman bölgəsində yerləşən Amerikan Universitetinə naməlum silahlılar tərəfindən hücum təşkil edilib. Universitetin qarşısında minalanmış avtomobil partladıldıqdan sonra silahlılar binaya daxil olub.
Polis hadisənin terror aktı ola biləcəyini istisna etməsə də, hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.