Kabildə universitetə silahlı hücum olub, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabilin Darul Aman bölgəsində yerləşən Amerikan Universitetinə naməlum silahlılar tərəfindən hücum təşkil edilib.
Universitetin qarşısında minalanmış avtomobil partladıldıqdan sonra silahlılar binaya daxil olub.
Yenilənən məlumatlara görə hücum nəticəsində 1 tələbə ölüb, 14-ü yaralanıb.
Ağ Ev sözçüsü Josh Ernest və Əfqanıstan Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlama da universitetdə bir neçə müəllim və tələbənin əsir götürüldüyü qeyd edilib.
Hazırda əfqan polisi tərəfindən ərazidə əməliyyat keçirilir.