Kolombiyada gözlənilən tarixi sülh sazişi imzalanıb

Kolumbiya hökuməti ilə FARC (Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri) arasında 50 ildən artıqdır ki, davam edən döyüşü bitirən sülh razılaşması imzalanıb.
2012-ci ilin noyabrından bu yana danışıqların davam etdiyi Kubanın paytaxtı Havanada müqavilə imzalanması barədə razılıq əldə olunub.
Sənədə Kolumbiya hökumətinin nümayəndəsi Humberto de la Calle və FARC-ın liderlərindən olan Ivan Marquez qol çəkib. Tərəflər sülhün daimi və sabit olması üçün qarşılıqlı çalışacaqlarını vurğulayıblar.
Qeyd edək ki, Kolumbiya hökuməti iyun ayında FARC ilə atəşkəsin təmin edildiyini və yekun razılaşmanın qısa müddətdə imzalanacağını bildirmişdi.