Londonda bıçaqlı hücum: ölən və yaralananlar var

Londonda naməlum şəxs tərəfindən insanlara bıçaqla hücum edilib.
Hadisə nəticəsində 1 qadın ölüb, ən azı 5 nəfər yaralanıb.
London polisinin hadisədən dərhal sonra verdiyi açıqlamaya görə meydana gələn olayın səbəbkarı 19 yaşlı gənc olub. İlkin məlumatlara əsasən həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkir. Cinayətkar polis tərəfindən həbs edildikdən sonra istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib.
Qeyd edək ki, insident yerli vaxtla saat 22:30-da baş verib.
Britaniya rəsmiləri olayın terror aktı olduğunu istisna etmir.