Londonda gecələr də metro çalışacaq – foto

İngiltərənin paytaxtı Londonda gecə nəqliyyatı probleminin həll edilməsi yolunda önəmli addım atılıb. İki metro stansiyasında hər şənbə və bazar günləri səhərə qədər çalışacaq gecə metrosu istifadəyə verilib.
Gecə səfərlərinin başlaması münasibətilə London meri Sadiq Xan şəhər sakinləri ilə birlikdə metroda olub. Mətbuatın böyük maraq göstərdiyi ilk gecə səfərində Sadiq Xan açıqlamalar verib:
“Əgər Londonun mərkəzində ağır bir işdə çalışırsınızsa, həkim, xidmətçi və ya mühafizəçi işləyirsinizsə, cəld şəkildə evinizə qayıda biləcəksiniz. Ya da konsert, teatr, restorana gedib möhtəşəm gün keçirdiniz və vaxt gec oldu, artıq sonuncu qatar deyə bir dərdiniz olmayacaq”.

londontube-9

londontube-10