Mərkəzi Bank keçirdiyi depozit hərracında 20 milyon manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı bu gün keçirilən depozit hərracının nəticələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 1 avqust 2016-cı il tarixində vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 20 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99% təşkil edib.