Məsciddə namaz qılanların üstünə çilçıraq düşüb, xəsarət alanlar var – FOTO

Türkiyənin Kayseri şəhərində cümə namazından əvvəl məscidin çilçırağının camaatın üzərinə düşməsi nəticəsində 11 nəfər xəsarət alıb.
Zümrüd Məhəlləsində yerləşən Ahmet-Ayşe İnci məscidində cümə namazı üçün camaatın gözlədiyi ərəfədə tavanda asılı böyük çilçıraq insanların üstünə düşüb. Camaatın köməyi ilə çölə çıxardılan yaralılara, qısa müddətdə hadisə yerinə çatan həkimlər müdaxilə edib.
Xəsarət alan 11 nəfər, təcili yardımlarla ətrafdakı müxtəlif xəstəxanalara çatdırılıb. Hadisə şahidləri məscidə bu gün quraşdırılan çilçırağın, cümə namazı əvvəli imamın vəz verdiyi sırada birdən camaatın üzərinə düşdüyünü, vətəndaşların başlarına aldıqları zərbəylə yaralandıqlarını söyləyiblər.

57c027ad67b0a93fcc0d5887

57c027a467b0a93fcc0d5884

57c027ae67b0a93fcc0d5894

57c027ae67b0a93fcc0d5899