Milli Şura mitinq təyin etdi

Milli Şura mitinqlərə başlamaq haqda qərar qəbul edib. Bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə məlumat yayıb. 
AXCP sədri bildirib ki, ilk mitinq 11 sentyabr saat 17:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Əli Kərimlinin yaydığı məlumatda xalqı mitinqdə iştirak etməyə də çağırıb:
“Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion “əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, “Monarxiyaya yox! Talana son!” tələb edək!”