Milli Şura və AXCP Əbülfəz Elçibəyi yad edib – fotolar

Bu gün Milli Şura və AXCP üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
Anım mərasimində Milli Şuranın sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də iştirak ediblər.
AXCP sədri Əli Kərimli mərasim zamanı çıxış edib:
“Əbülfəz Elçibəyin haqq dünyasına qovuşmasından 16 il keçir. 16 ildir ki, Azərbaycan xalqı bu böyük liderini itirib. Əbülfəz Elçibəyin dəfn mərasimi indiyə qədər Azərbaycanda ən kütləvi dəfn mərasimi olub. O, xalqın misli olmayan sevgisi ilə əhatə olunmuşdu və həmin gün yüz minlərlə insan bu acını paylaşırdı. 16 il ötüb, ancaq indi də Elçibəyin haqq dünyasına qovuşduğu gün heç bir təşkilatçılıq olmadan, heç bir inzabati resurs olmadan minlərə insan üçün kədər günüdür, onun dünyaya gəldiyi gün sevinc günüdür. Bu gün də Əbülfəz Elçibəyə olan sevgi onu göstərir ki, millətimiz qədir biləndir. Bundan sonra da böyük liderimizin yolunu getməkdə tərəddüd etməyin. Hamımız birlikdə Azərbaycanın gerçək liderinə Allahdan rəhmət diləyirik”.
Qeyd edək ki, Əbülfəz Elçibəy uzun sürən xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib. Əbülfəz Elçibəyin Fəxri Xiyabanda dəfn edilib.

14066443_10153827584208848_4910758629856974236_o

14107918_10153827574823848_6925321786941861642_o