Misirdə baş verən yol qəzasında azı 12 nəfər ölüb

Misirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Sohag polisinin verdiyi məlumata görə, şəhərdə yerləşən beynəlxalq hava limanı yaxınlığında mikroavtobus minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində  azı 12 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəzanın hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.