Moskvada dəhşətli yanğın -17 ölü

Moskvada bir anbarda baş verən yanğında ölənlərin sayı 17-yə çatıb.
“İnterfaks”-ın verdiyi məlumata görə, yanğından sonra hadisə yerində 16 cəsəd və  4 yaralı tapılıb, yaralılardan 1 qadın isə xəstəxanada vəfat edib. Məlumatda deyilir ki, anbarda yanğın nəticəsində vəfat edənlərin hamısı  MDB vətəndaşıdır.