Müsavat Partiyası vətəndaş cəmiyyətinə qarşı yeni repressiyaları pisləyir

İqtidar hakimiyyəti bir ailənin əlində toplamaq üçün hüquqi bazanı möhkəmləndirmək məqsədilə tələm-tələsik, xalq qarşısında heç bir izahat işi aparmadan referendum keçirir. Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.
AXCP üzvü Məsud Rzalının 30 sutkalıq həbs edilməsi, AXCP sədri Əli Kərimlinin qohumu Elnur Seyidovun həbsxanada ölümlə təhdid olunması və “REAL” Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsi hakimiyyətin referendum qabağı yeni repressiya dalğasına start verdiyini təsdiqləyir.
“Müsavat Partiyası hakimiyyətin bu repressiya tədbirlərini qətiyyətlə pisləyir, bu özbaşınalıqlara son qoymasını, həbs edilənlərin dərhal azad olunmasını tələb edir”, – sənəddə vurğulanır.
Partiya  həyata keçirilən repressiyaları referendum ərəfəsində ölkə əhalisində xof yaratmaq cəhdi kimi qiymətləndirir.