Müsavat Partiyasının başqanı Böyük Britaniya səfiri ilə görüşüb

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroftsla görüşüb. Bu barədə Müsavat Partiyasının məlumatında deyilir.
Görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, 26 sentyabra təyin olunan Referendumun mahiyyəti və mümkün nəticələri ilə bağlı ətraflı müzakirələr aparılıb. Görüşdə həmçinin son dövrlər həyata keçirilən siyasi motivli həbslər, məhkəmə prosesləri, imzatoplama prosesində Müsavat Partiyasının üzvlərinə qarşı təzyiqlər, söz və mətbuat azadlığının indiki durumu, ölkədəki sosial-iqtisadi vəziyyət, dünyada və regionda baş verən hadisələr müzakirə olunub.
Tərəflər Böyük Britaniya səfirliyi ilə Müsavat Partiyası arasında əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.