Müsavat Partiyasının Salyan rayon təşkilatının sədri DTX-ya çağırılıb

20 avqust tarixində Müsavat Partiyasının Salyan rayon təşkilatının sədri, partiyanın Məclis üzvü Nizami Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Salyan şöbəsinə çağırılıb.
Bu barədə “bastainfo.com” saytına Nizami Abbasov özü məlumat verib.
“Məni DTX-ya çağırdılar. DTX-nın Teymur adlı əməkdaşı mənə müxtəlif suallar verdi. O, məndən referendumla bağlı imza vərəqələrini ona verməyimi tələb etdi. Bildirdim ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün toplanmış imza vərəqələri artıq Bakıya – Müsavat Partiyasının mərkəzi qərargahına göndərilib. Lakin o, mənə inanmadı, dedi ki, vərəqələr hələ rayondadır. O, mənə dedi ki, avqustun 22-də yenidən şöbəyə gəl”.
Müsavat Partiyası Nizami Abbasovun DTX-ya çağırılması ilə bağlı MSK-ya şikayət verib.