Müsavatçılar Əbülfəz Elçibəyi yad ediblər – fotolar

Bu gün Müsavat Partiyası başqanı, partiya üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
Fəxri xiyabanda Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı keçirilən anım mərasimində partiya başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış ediblər.
Buna da baxın: Eks-prezidentin ölümündən 16 il keçir – fotolar
Qeyd edək ki, Əbülfəz Elçibəy uzun sürən xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib. Əbülfəz Elçibəyin Fəxri Xiyabanda dəfn edilib.

14067967_1074492319285635_203013829050767727_o

14068451_1074492175952316_6342491855249256067_o

14114968_1074492042618996_2455091747989068741_o