NASA Bosfor boğazının kosmosdan çəkilən görüntülərini yayımlayıb – VİDEO

NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) Bosfor boğazının kosmosdan çəkilən görüntülərini yayıb.
Beynəlxalq Kosmos stansiyasından çəkilən görüntülər, 14.4 milyon izləyicisi olan NASA-nın rəsmi “Instagram” hesabından paylaşılıb. Video 600 mindən artıq istifadəçi tərəfindən izlənilib.
ABŞ-lı astronavt Jeff Williamsın “twitter” hesabından da paylaşdığı video sosial şəbəkələrdə böyük marağa səbəb olub.