Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb

Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.