Nazirlikdə daha 64 vəzifəli şəxsə xidməti avtomobil verilib

Nazirlər Kabinetinin 9 avqust tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyində daha 64 vəzifəli şəxsə xidməti avtomobil veriləcək. Onlardan 7 nəfər mərkəzi aparatda çalışır.
İndi qurumun rəhbərlərinin xidmətində 19 minik avtomobili var. Beləliklə, KTN aparatı avtomobil sayına görə XİN-dən (24) sonra ikinci dövlət qurumudur.
Kənd Təsərrüfatı Nazirliyinin ərazi idarələrində xidməti avtomobillərin sayı 10-dan 60-a artırılıb. Bundan başqa, Dövlət Fitosanitar Xidməti və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi də hərəyə bir xidməti avtomobil əldə edib. Onların hərəsinin 3 xidməti avtomobili vardı.
Bu il KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılıb. Xidmətin aparatına xidməti avtomobil veriləcək.
Cəmi 68 dövlət strukturunun (Nazirlər Kabineti və Prezident Administrasiyası nəzərə alınmadan) 1800-dən çox  xidməti avtomobili var.