Neftin qiyməti artıb

Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar artaraq 47,18 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar ucuzlaşaraq 49,41 dollar olub.