Obama necə feminist oldu?

Barack və Michaelle Obama
Feminist olduğunu elan edən ABŞ prezidenti Barack Obama ”Glamour” jurnalı üçün feminizm, cinsiyyət qəliblərinə baxış və gender bərabərliyi haqqında bir məqalə yazıb.
İki qız atası olaraq qızlarının yetişkinlik çağını, ”onların yuvadan uçmağa hazırlanmalarını” izlədiyini söyləyən Obama, qızları üçün həyatın nənələri ilə müqaisədə çılpaq gözlə görülə biləcək qədər daha yaxşı olduğunu qeyd edib. Bunu sadəcə bir prezident olaraq deyil, eyni zamanda bir feminist olaraq dəyərləndirdiyini vurğulayıb.
KREDİT KARTI ÜÇÜN ƏRƏ EHTİYAC YOXDUR
Qadınların artıq göy cisimlərindən elmə, Hollywood’dan ali məhkəməyə qədər hər sahədə olduqlarını söyləyən Obama, ”Qadınların bədənləri, savadlılıqları, kariyeraları, iqtisadi vəziyyətləri üzərinə öz seçimlərini etmə azadlıqlarını qazanmalarına şahidlik etmişəm. Bir kredit kartı üçün ərə ehtiyac duyulan zamanlar geridə qaldı. Evli və ya subay, daha artıq qadın iqtisadi azadlığını qazanıb” deyib.
ÖZÜMÜZÜ DƏYİŞDİRMƏLİYİK
Qadınların gözləntilərini qarşılamaq üçün bütün dünyada hələ də daha artıq çalışmağa ehtiyac olduğunu söyləyən ABŞ prezidenti, bərabər işdən, bərabər qazancdan artım haqlarına qədər bir çox mövzu üzərində irəliləmələrin, inkişafın gərəkdiyini ifadə edib.
”Ən gözəl və bəlkə də ən çətin dəyişiklik özümüzdə etdiyimizdir. Qadınların və kişilərin necə davranmalı olduğuna dair qəliblər hələ də davam edir. Çox kiçik yaşlardan qızlara necə davranmalı gərəkdiyini deyir və bəlkə də onlara daha az dəyər veririk. Cinsiyyət şablonları hamımıza təsir edir; cinsiyyətimizə, cinsəl şəxsiyyətimizə ya da cinsəl seçimlərimizə hörmətsizlik anlamına gəlir”- deyə Obama bildirib.
OBAMA NECƏ FEMİNİST OLDU?
Özünün feminist olduğunu vurğulayan Obama, bu özəlliyin necə formalaşdığını izah edib.
”Həyatımdakı bütün mühim insanlar qadınlar olub. İnkişafda olan ölkələrdəki qadınları gücləndirməyə çalışan subay bir ana məni yetişdirib.
Yetişməyimdə əməyi olan, bankda çalışan nənəmi izlədim. Ciddi bir karyera ilə ailə arasında müvazinəti qurmağa çalışan Michelle-i gördüm. Çalışan bir çox ana kimi o da, gözləntilər və qayğılarla necə dəngə quracağı mövzusunda təlaşlı idi. Qızlarımız çox balaca idi və mən tez-tez evdən uzaqda işləmək məcburiyyətində idim.
İndi geriyə dönüb baxanda bütün yükün haqsız olaraq Michelle-nin çiyinlərində olduğunu görürəm. Mən də qadınların qarşılaşdığı bənzərsiz çətinliklərin fərqinə vardım. Bu hadisələr məni feministliyə sövq elədi.”
KİŞİLƏR GÖZ YAŞI AXITMAĞI BACARMALIDIR
Cəmiyyət üzərindən cinsiyyət qəliblərinin qalxmalı olduğunu söyləyən Obama, lazım olanları belə sıralayıb.
“Qızlarımızı yetişdirən zaman ”onların ağır təbiətli, oğlanlarımız isə iddialı olmalıdır!” düşüncəmizi dəyiştirməliyik. Qızlarımızı müzakirə edə, oğlanlarımızı göz yaşı axıda bilməlidirlər. Qadınları cinsəlliklərinə görə cəzalandırarkən, oğlanları mükafatlandırma düşüncəsini dəyiştirməliyik. Küçədə gəzən və ya internetdə flört edərkən qadınları narahat etmək xasiyyətlətindən əl çəkilməlidir.
Kişilərə qadınların varlığının və uğurunun bir təhdid olaraq alqılamaması gərəkdiyini öyrətməliyik. Uşağın paltarlarını dəyişdirən kişiləri təbrik etməkdən əl çəkməli, tam atalıq edənləri qaralamamalıyıq, çalışan qadınları xor görməməliyik. ”
KİŞİLƏRİN DƏ MƏSULİYYƏTLƏRİ VAR
Cinsiyyətçiliklə mübarizə etmənin kişilərin də məsuliyyətində olduğunu söyləyən Obama ”Yoldaşlar, partnerlər və sevgililər, çox çalışmalı və bərabər münasibətlər yaratmaq üçün diqqətli olmalıyıq”- deyib.
 ABŞ-da payızda keçiriləcək seçkilər zamanı 240 il ərzində ilk dəfə bir qadının prezidentliyə namizəd olduğunu söyləyən Obama, ”Siyasi düşüncənizin bir önəmi yoxdur, bu Amerika tarixi üçün tarixi bir andır. Bu, bərabərlik üçün qadınların nə qədər çətin bir yoldan gəldiyini göstərən gözəl nümunədir”- deyə vurğulayıb.
Obama, 21. əsrin  feminizminin, “Hərkəs bərabər olduğu zaman hamımız daha artıq azad olacağıq” fikri üzərinə qurulu olduğunu sözlərinə əlavə edib.