Özbəkistanda bayram tədbirləri təxirə salınıb

Özbəkistan hökuməti dövlət müstəqilliyi ilə bağlı sentyabrın 1-nə planlaşdırılan təntənəli mərasimləri təxirə salıb.
Bu barədə BBC-nin Özbəkistan bürosu hökumət daxili mənbələrə istinadən xəbər yayıb. Bunun ölkə prezidenti İslam Kərimovun sağlıq durumu ilə bağlı ola biləcəyi güman edilir.
Qeyd edək ki, avqustun 29-da “ferqana.ru” 78 yaşlı İslam Kərimovun öldüyü barədə məlumat yayıb.
Özbəkistan hakimiyyəti bu xəbəri rəsmən şərh etməyib. Prezidentin qızı Lola Kərimova isə atasının beyninə qan sızdığını açıqlayıb.