“Qəbələ” Avropanın fəthinə davam edir – VİDEO

Bu gün Avropa Liqasında “play-off” mərhələsinin ilk görüşləri baş tutub.
Ölkəmizi Avropa səhnəsində təmsil edən “Qəbələ” Sloveniyanın “Maribor” klubu ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən matç “qırmızı-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahibi komanda oyuna sürətli başlasa da, ilk hissənin əvvəllərində qapısında qol görüb. Ardınca hücumlarının kəsərini artıran Qriqorçukun yetirmələri rəqibi meydandan silib və ikinci görüş öncəsi sərfəli nəticə əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 25-i keçiriləcək.