“Qəbələ” heyətini gürcü futbolçu ilə gücləndirəcək

Avropa Liqasının qrup mәrhәlәsinin oyunlarına hazırlaşan “Qәbәlә” növbəti transferini həyata keçirməyə hazırlaşır.
“Qırmızı-qaralar” Avropa Liqasının 1-ci tәsnifat mәrhәlәsindә qalib gəldiyi Gürcüstan “Samtredia”sından Budu Zivzivadzeni heyәtinә qatacaq. Artıq tәrәflәr arasında razılaşma әldә olunub.
Gәnc hücumçu özü dә bu xəbəri tәsdiqlәyib: “Bәli, “Qәbәlә” ilә danışıqlarımız olub vә hazırda davam edir. Sadәcә, mәn indi Gürcüstanın 21 yaşlılardan ibarət millisinin düşәrgәsindәyәm. Burdan qayıtdıqdan sonra hәr şeyә aydınlıq gәlәcәk. Münasibәtlәr rәsmilәşәndәn sonra sizә әtraflı məlumat verə bilərəm”.