“Qarabağ” afrikalı hücumçu transfer etməyə çalışır

Dino Ndlovu
Hücumçu axtarışında olan “Qarabağ” bir futbolçu ilə danışıq aparır.
Sonuncu ölkə çempionu və ölkə kubokunun qalibi “ağ-qaralar” Anortosis’in üzvü Dino Ndlovunu heyətinə qatmağa çalışır.
Hazırda klublar arasında danışıqlar gedir. Kiprlilərin bu təklifə hansı cavabı verdiyi açıqlanmayıb.
Cənubi Afrika Respublikası (CAR) yığmasının da formasını geyinən Ndlovu 2015-ci ildən “Anortosis”in uğurları üçün çalışır. 26 yaşlı forvard Kipr çempionatında debüt mövsümündə 28 oyunda 16 qola imza atıb.
Qeyd edək ki, Dino Ndlovu əvvəllər İsrailin “Bney Yehuda”, “Makkabi” (Hayfa), ölkəsinin isə “Mamelodi”, “Bloemfonteyn”, “Supersport Yunayted” və “Mpumapanqa” klublarında çıxış edib.