“Qarabağ” Çempionlar Liqası ilə erkən vidalaşdı – Video
Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Günün ilk oyunu paytaxt Bakıda baş tutub. Tofiq Bəhrəmov adına Respublika stadionunda “Qarabağ” “Viktoriya”nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Oyun boyu rəqibindən üstün futbol nümayiş etdirən “ağ-qaralar” 85-ci dəqiqədə qapılarında gördükləri qoldan sonra Çempionlar Liqası ilə vidalaşıblar. Səfərdə vurduğu qol sayəsində “Viktoriya Plzen” “play-off” mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırsa da, Avropa Liqasının “play-off” mərhələsində oynayacaq.