“Qarabağ” klubunun dörd potensial rəqibi müəyyənləşib

Çempionlar Liqası ilə vidalaşan təmsilçimiz “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq.
Avropa Liqasında qruplara qalmaq üçün sonuncu səddi aşmalı olan Ağdam klubunun dörd potensial rəqibi bəlli olub.
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıran “Dinamo” (Gürcüstan), BATE Borisov (Belarus), “Rosenborg” (Norveç) və Serbiyanın “Crvena Zvezda” komandaları ilə qarşılaşa bilər.
Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri Çempionlar Liqasının III təsniaft mərhələsinin bu gün baş tutacaq cavab oyunlarından sonra bilinəcək.
MƏNBƏabzas.net
Əvvəlki məqaləSaday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirilib
Növbəti məqalədəTaleh Bağırzadə məhkəmədə ifadə verib: Özümü təqsirli bilmirəm