“Qarabağ”ın “Göteborq”la keçirəcəyi oyunlar canlı yayımlanacaq

Avropa Liqasının play-off mərhələsində “Göteborq” ilə qarşılaşacaq təmsilçimiz “Qarabağ”-ın hər iki matçı canlı yayımlanacaq.
İsveçdə və paytaxt Bakıda baş tutacaq görüşlər “İdman Azərbaycan” kanalı vasitəsi ilə birbaşa nümayiş etdiriləcək.
Qeyd edək ki, komandalar arasında ilk oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.