“Qarabağ”ın yeni transferi sabah Bakıya gəlir

“Qarabağ” klubu “Partizan”ın qolkiperi Bojan Šaranovun transferi ilə bağlı rəsmi açıqlama verib.
Klubun direktoru Əmrah Çəlikəlin sözlərinə görə, serbiyalı qapıçı ilə aparılan danışıqlar yekunlaşmaq üzrədir.
“Bəli, bu qapıçı ilə danışıqlar gedir. Ancaq hələlik rəsmi heç nə yoxdur” – deyə o bildirib.
Əldə edilən məlumata görə isə artıq 28 yaşlı qapıçı ilə razılıq əldə olunub. Onun sabah Bakıya gələrək tibbi müayinədən keçəcəyi, sonra isə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Serbiya millisində bir oyun keçirən Bojan Šaranov bu ilin yanvarından “Partizan”da çıxış edirdi.