Respublikaçılar partiyasında Trump böhranı

Photo: Tom Pennington
ABŞ-da prezident seçkilərinə bir neçə ay qalmış Respublikaçılar partiyasında maraqlı hadisələr cərəyan edir. Belə ki, Respublikaçılar partiyasının milli təhlükəsizlik sahəsində ən təcrübəli 50 şəxs New York Times qəzetində yayımlanan məktubda seçkilərdə partiyanın namizədi Donald Trumpa səs verməyəcəklərini bildiriblər.
“Trump düzü səhvdən ayıra biləcək iradəyə  və yetkinliyə sahib deyil” deyilən məktuba imza atanlar onun prezident ola bilməsi üçün lazım olan xarakterə, dəyərlərə və təcrübəyə malik olmadığını iddia ediblər.
Məktuba imza atanlar arasında  CİA keçmiş sədri Michael Hayden, keçmiş Milli Təhlükəsizlik direktoru John Negroponte, keçmiş xarici işlər nazirinin müavini və Dünya Bankının sədri Robert Zoellick, keçmiş Daxili Təhlükəsizlik nazirləri Tom Ridge və Michael Chertoff kimi adlar da yer alır.
Respublikaçıların namizədi Donald Trumpın isə partiya daxilindaki müxaliflərə cavabı gecikməyib. Məktubun yayımlanmasından sonra verdiyi açıqlamada, imza atanların dünyanın daha təhlükəli bir yer halına gətirənlər olduğunu və bu kampaniya ilə özlərini ifşa etdiklərini, beləliklə də dünyanın içində olduğu bu vəziyyətdən kimlərin məsul olduğunun aydınlaşdığını da bildirib.
Trump isə öz növbəsində müxalifləri “gücə tutunmağa çalışan uğursuz Washington elitləri” olaraq adlandırmaqdan çəkinməyib. Detroit İqtisadiyyat klubunda çıxış edən Trump, Demokrat partiyasının prezidentliyə namizədi Hillary Clintonun keçmişi, özünün isə gələcəyi təmsil etdiyini iddia edib.