Rio-2016 Olimpiya oyunlarında medal qazanan ölkələrin reytinqi açıqlanıb

Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında ən çox qalib olan ölkələrin reytinqi tərtib edilib.
Olimpiadanın reytinq cədvəlinə ABŞ idmançıları başçılıq edib: 46 qızıl, 37 gümüş, 38 bürünc medal. Böyük Britaniya millisi isə 27 qızıl, 23 gümüş və 17 bürünc medalla 2-ci yeri tutub.
3-cü pillədə isə Çin komandası qərarlaşıb – 26 qızıl, 18 gümüş, 26 bürünc medal. 4-cü və 5-ci yerləri isə Rusiya (19 qızıl, 18 gümüş, 19 bürünc)  və Almaniya (17 qızıl, 10 gümüş, 15 bürünc) tutub.
Azərbaycan olimpiya komandası 1 qızıl, 7 gümüş, ümumilikdə 18 medal olmaqla çempionatın reytinq cədvəlində 39-cu yeri tutub. Tam siyahıya buradan baxa bilərsiniz.

olimpiya rio reytinq