Seymur Həzi həbsxanada evlənir

Nikah 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq
Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi Müsavat Partiyasının üzvü Nigar Yaqublu ilə nikaha girəcək. Bu barədə Nigar Yaqublu Meydan TV-yə məlumat verib.

nigar yaqublu

O bildirib ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq. 1 avqust günorta saat 12-də cütlük həbsxanada nikaha daxil olacaq.
Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib.O, xuliqanlıqda ittiham olunur. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” verilişində həm aparıcı,həm də redaktor kimi fəaliyyət göstərdiyinə görə həbs olunduğunu bildirib.
“Amnesty İnternational” təşkilatı da Seymur Həzini “vicdan məhbusu” kimi tanıyıb.

 

nigar seymur