Şirvanda bankomat oğurlanıb

Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.
APA-nın xəbərinə görə, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub. İlkin ehtimala görə, bankomatda 43 min manat olub.
Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

 

Əvvəlki məqalə“Türkiyə səssiz qalacaqsa, növbəti dəfə demokratların əzilməsində iştirak etmiş olacaq”
Növbəti məqalədəİslamçıların lideri “Qobustan” həbsxanasında aclıq aksiyasına başlayıb