Sloveniyada xəstəxanada atışma olub, iki nəfər ölüb

Sloveniyanın cənub-qərbində yerləşən İzola şəhərində xəstəxanaların birində atışma olub.
Xəstəxanada müalicə alan 68 yaşlı kişi ətrafa atəş açmağa başlayıb.
Yerli vaxtla 15.00-da meydana gələn hadisə nəticəsində 1 həkim və 1 polis ölüb, daha 2 nəfər isə xəsarət alıb.
Cinayəti törədən şəxs hadisə yerini tərk etməyə cəhd göstərərkən, avtomobilə mindiyi anda polis tərəfindən güllələnib.
Olayla bağlı ilkin əldə edilən məlumata əsasən, cinayətkar bundan əvvəl məhkumluq həyatı yaşayıb.