Sudan Fətullah Gülənin məktəblərini bağlayacaq

Sudan prezidenti Ömər Bəşir ölkəsindəki Fətullah Gülən məktəblərinin bağlanmasına dair əmr verib.
Türkiyənin Sudanda fəaliyyətdə olan səfiri Cəmaləddin Aydın ölkə başçısı tərəfindən verilən qərarı təsdiqləyib. Səfir rəsmi Ankaranın Sudanın bu proses ilə bağlı apardığı mübarizəni təqdirlə qarşıladığını açıqlayıb.
Qeyd edək ki, Sudan Gülən məktəblərini bağlasa da, Qırğızıstan və Qazaxıstan ölkələrində fəaliyyət göstərən bu cür təhsil ocaqlarının bağlanmayacağı barədə rəsmi açıqlama vermişdi.